
“Aston Villa”da parlayan ulduz
“Aston Villa”nın hücumçusu Markus Reşford Premyer Liqanın 30-cu turunda “Brayton”la oyunda yeni komandasının heyətində növbəti qolunu vurub.
Reşfordun "Aston Villa"dakı çıxışı
Apasport.az xəbər verir ki, ingilis futbolçu “Aston Villa” heyətində çıxdığı ilk 6 oyunda 7-ci qolunu vurub.
"Brayton" - "Aston Villa" matçının nəticəsi
Xatırladaq ki, 27 yaşlı vinger səfərdə 3:0 hesablı qələbə qazanan komandasının ilk qoluna imza atıb.
Reşfordun transfer qiyməti
Bundan əvvəl o, "İpsviç" və "Liverpul"la matçlarda məhsuldar ötürmələr etmişdi.
Qeyd edək ki, qış transfer pəncərəsindən əvvəl Reşford "Mançester Yunayted"də çıxış edib və 15 matçda 4 qol vurub. Reşford 30 iyun 2025-ci ilə qədər icarə əsasında "Aston Villa"da çıxış edəcək. Futbolçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
- "Mançester Yunayted" "Benfika"nın yarımmüdafiəçisini istəyir
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Seltik" azarkeşləri UEFA-dan qorxmur: Etirazlara davam
- Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub: "Həkimin mənə yazdığı..."
- Region Liqasında yeni mövsümün keçiriləcəyi tarix açıqlanıb