Erediviziyanın 14-cü həftəsində “Ayaks” “Yohan Kroyff Arena”da “Qroninqen”i qəbul edib.
Apasport.az xəbər verir ki, "Ayaks" azarkeşləri matçın əvvəlində keçən ay dünyasını dəyişən dostlarını yad etmək istəyiblər. Onlar tribunalarda məşəl yandırıb, meydançada atəşfəşanlıq ediblər.
Matçın əvvəlində yaşanan insident altıncı dəqiqədə yenidən baş verib. Bu dəfə hakim oyunu dayandırıb və hər iki komandanın futbolçuları hakimlərlə birlikdə meydanı tərk edərək paltardəyişmə otaqlarına yollanıblar.
Azarkeşlərin yenidən atəşfəşanlıq açmasından sonra "Ayaks" - "Qroninqen" oyunu təxirə salınıb.
Sözügedən görüntüləri təqdim edirik: