"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçinin transferinə Səudiyyə Ərəbistanı çempionatının klubları maraq göstərir.
Belə ki, "Əl-Əhli" futbolçunun transferində israrlıdır. Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün 60 milyon avro təklif edib.
Bununla yanaşı, "İnter", "Atletiko", "Bavariya", "Çelsi" və "Aston Villa" futtbolçunun transferində maraqlıdır.
“Mavi qranatlılar” futbolçu ilə yollarını ayırmağı planlaşdırmır.
Ötən mövsüm Lopez "Barselona"nın heyətində 46 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun "mavi qranatlar"la müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
- II Liqaya vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb
- "Qarabağ"ın futbolçuları milli komandalarda
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- "Aston Villa" - "Makkabi Təl-Əviv" matçında azarkeş qadağası