"Barselona" müdafiəçi üçün 30 milyon avro təklif edəcək
19.06.2025 - 10:18
"Barselona" "Monako"nun sağ cinah müdafiəçisi Uonderson üçün təklif hazırlayır.
Apasport.az xəbər verir ki, “mavi qranatlar”ın adı uzun müddətdir ki, braziliyalıya iddialılar sırasındadır.
İddialara görə, Kataloniya nəhəngi Uonderson üçün 30 milyon avro təklif etməyi planlaşdırır.
“Mançester Yunayted” və “Tottenhem” də futbolçu ilə maraqlansalar da, hələlik heç bir klub rəsmi təklif göndərməyib.
Ötən mövsüm Uonderson "Monako"nun heyətində 41 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib. 23 yaşlı futbolçu Braziliya millisində 7 oyuna çıxıb.
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Faiq Hacıyev: "Bu gün başqa şeylərdən danışa bilərdik"
- 19 İyul – Dünya "Fənərbaxça"lılar Günüdür: Tarixi qara corablarla başlayan sevgi
- "Liverpul" və "Mançester Siti" Premyer Liqa forvardını hədəfləyir
- Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq
0
0