"Barselona" mövsümün sonunda ulduz hücumçusu Robert Levandovski ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az "Sky Sports"a istinadla xəbər verir ki, Kataloniya klubu polşalı hücumçu ilə müqaviləni uzatmaq fikrində deyil.
Levandovskinin müqaviləsi bu mövsümün sonunda başa çatacaq. "Barselona" rəhbərliyi 38 yaşı tamam olan ulduz futbolçu ilə yeni müqavilə imzalamaqdan çəkinir.
Robert Levandovski "Barselona"nın heyətində 156 rəsmi oyuna çıxıb, 105 qol vurub. Ötən mövsüm La Liqada 27 qol vuran təcrübəli hücumçu bu mövsüm də formasını qoruyur.
Levandovskinin müqaviləsi yenilənməsə, o, yayda azad agent olacaq. Avropanın müxtəlif klubları və MLS komandalarının təcrübəli hücumçu ilə maraqlandığı bildirilir.
- Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
- Təmsilçimiz dünya çempionatına qələbə ilə başlayıb
- AFFA II Liqa klublarını cəzalandırıb
- "Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB