"Bavariya" Keynə əvəzləyici tapıb
28.03.2025 - 16:18
"Leypziq"in sloveniyalı hücumçusu Benjamin Şeşko Almaniyada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Bavariya" "Bulls"un hücumçusunun xidmətində maraqlıdır.
"Bavariya" Şeşkonu Herri Keynin uzunmüddətli əvəzləyicisi hesab edir.
Bundan əvvəl mətbuatda Keynin İngiltərəyə qayıtmaq istədiyi ilə bağlı məlumatlar yayılmışdı.
Şeşkonun "Leypziq"lə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir. Sloveniyalının bazar dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.
- Alvarez müəyyən şərtlərlə "Atletiko"dan ayrıla bilər
- Poqba 18 aylıq cəzadan sonra yaşıl meydanlara dönüb
- "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
0
0