"Beşiktaş"ın istədiyi futbolçu zədəsini sağaldıb
05.02.2024 - 18:31
De Rossi "Beşiktaş"a transferi barədə adı hallanan Renato Sançeş barədə açıqlama verib.
Apasport.az xəbər verir ki, Joze Mourinyonun yerinə keçən italiyalı məşqçi Daniele De Rossi ulduz yarımmüdafiəçinin müalicə prossesi barədə danışıb.
"Renato Sançeşin müalicə prosesi başa çatıb. Renato bu həftə bizimlə bütün məşqlərdə iştirak etdi. Mən Renatonun psixoloji cəhətdən yaxşı olduğunu görürəm. Ötən il aldığı zədələrə görə pis idi, amma hazırda yaxşı vəziyyətdədir".
Qeyd edək ki, 26 yaşlı portuqaliyalı futbolçu bu mövsüm "Roma"nın heyətində 9 matçda meydana çıxıb və 1 qol vurub.
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- Xabi Alonso: "Həmişə ən yaxşı komanda qalib gəlmir"
- "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub
- "Barselona" - "İnter" matçı təxirə salına bilər
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
0
0