"Brügge"nin futbolçusu "Siti"nin hədəfində
27.05.2025 - 14:35
"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" isveçrəli yarımmüdafiəçini yay transfer siyahısına əlavə ediblər.
Bu transfer üçün Premyer Liqa klubunun Belçika təmsilçisinə 35 milyon avro ödəyəcəyi gözlənilir.
Bu mövsüm Yaşari bütün turnirlərdə 52 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun "Brügge" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
- Okan Buruk: "Bəzi mövqelərdə zədəlilər və cəzalılar var"
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıb
- Azərbaycan millisi Bakıda toplanış keçəcək
- Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb
0
0