Əfsanəvi ingilis futbolçu və məşqçi Stiven Cerrard yenidən İngiltərədə çalışmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssisin Çempionşipdə iş tapmaq ehtimalı var.
Onun xidmətində “Midlsbro” klubu maraqlıdır. Hazırda komandanın baş məşqçisi Rob Edvards “Vulverhempton”la danışıqlar aparır və Premyer Liqaya keçidi reallaşarsa, Cerrard bu posta əsas namizəd sayılır.
Qeyd edək ki, Stiven Cerrardın son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. O, bu komandadan 2025-ci ilin yanvarında ayrılıb və o vaxtdan bəri işsizdir.
- Toğrul Əsgərov: “Yolumuz Olimpiada yoludur”
- "Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
- "Fənərbaxça" - "Beşiktaş" derbisi üçün azarkeş qərarı
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"