Dani Alveş azadlıqda - Braziliyalı ulduz bəraət aldı
28.03.2025 - 16:50
Cinsi təcavüzə görə ittiham olunan “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət alıb.
Apasport.az xəbər verir ki, İspaniya məhkəməsi Alveşin şikayətini təmin edib.
Xatırladaq ki, Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin apellyasiya şikayətindən sonra hökm ləğv edilib.
Alveş 2024-cü il martın 25-də 1 il həbsdən sonra azadlığa buraxılıb.
Keçmiş braziliyalı oyunçu karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda çıxış edib.
- "Barselona" Şesnı ilə müqavilə yeniləyəcək
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- "Qarabağ" - "Sabah" matçı tarixə düşüb
- 19 İyul – Dünya "Fənərbaxça"lılar Günüdür: Tarixi qara corablarla başlayan sevgi
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
0
0