Fati Fransa klubuna doğru
27.05.2025 - 09:57
"Barselona"nın hücumçusu Ansu Fati "Monako"ya keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 22 yaşlı futbolçu artıq müqaviləni təsdiqləyib.
Ansu Fati ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 11 oyun keçirib. "Transfermarkt" forvardın qiymətini 5 milyon avro olaraq qiymətləndirir.
Futbolçunun "Barsa" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
- Millimizin Latviya yığması ilə oyununun təyinatları açıqlanıb
- 2026-cı il dünya çempionatında iştirak edəcək 10 komanda - Siyahı
- “Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb
- Qış transfer dönəmində ən çox pul xərcləyən komandalar - Siyahı
- İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb
0
0