“Fənərbaxça” futbolçusu Brayt Osayi‑Samuel ilə yollarını ayırdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, müqaviləsi başa çatan 27 yaşlı nigeriyalı oyunçu ilə yeni müqavilə barədə danışıqların baş tutmadığı bildirilib.
Klubun rəsmi açıqlamasına əsasən, “Fənərbaxça” müqavilə uzatmaq istəsə də, tərəflər maaş şərtlərində razılığa gələ bilməyib və sövdələşmə yenilənməyib.
Osayi‑Samuel “Birminqhem Siti” ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Osayi ötən mövsüm Türkiyə Super Liqasının 39 matçında 2 assistlə yadda qalıb. Ümumilikdə 120 rəsmi qarşılaşmada 6 qol və 10 assistlə fərqlənib.
- "Çelsi" "Aston Villa" ilə bacarmadı
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- İslam Oyunları: Hidayət Heydərov çempion oldu! - FOTO
- Zidan Hümbətov “Adriatik incisi”nə qələbə ilə başlayıb