"Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
08.10.2025 - 22:00
“Ştutqart”ın hücumçusu Ermedin Demiroviç sıradan çıxıb.
Apasport.az “Bild”ə istinadla xəbər verir ki, zədələnən 27 yaşlı futbolçunun 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Ştutqart” oktyabrın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Fənərbaxça”nın qonağı olacaq. Zədə səbəbindən Demiroviçin bu oyunda meydana çıxmayacağı ehtimal olunur.
Bu mövsüm “Ştutqart”ın heyətində 10 matçda oynayan Ermedin Demiroviç 5 qol vurub və 1 qolun ötürməsini edib.
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
- Rafael Fiziyevin rəqibi: "Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm"
- "Aris"in baş məşqçisi: "Bu, Azərbaycana ilk gəlişim deyil"
- Voleybol millimiz Slovakiyaya yollanıb
- Talişka "Fənərbaxça"da qalacaq: Danışıqlar davam edir
0
0