“Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib
22.12.2025 - 17:54
“Fənərbaxça” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, Türkiyə nəhəngi hazırda “Samsunspor”un formasını geyinən Antoni Musabanı transfer siyahısına daxil edib. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbəyə görə, İstanbul təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün “Samsunspor”la ilkin təmaslara başlayıb. Qeyd olunur ki, belçikalı baş məşqçi Domeniko Tedesko Musabanın transferində israrlıdır və futbolçunu heyətində görmək istəyir.
“Fənərbaxça” rəhbərliyi Tedeskonun istəyi əsasında prosesi sürətləndirməyi planlaşdırır.
- “Trabzonspor”un sponsoru ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
- Super Liqa: "Beşiktaş"dan qələbə
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- La Liqa: "Barselona"dan inamlı qələbə
0
0