"Fənərbaxça" Şimanskinin transfer haqqını təyin edib
16.06.2025 - 11:17
"Fənərbaxça"da gələcəyi sual altında olan Sebastian Şimanski üçün İtaliyadan təklif var.
Apasport.az "cittaceleste" nəşrinə istinadla xəbər verir ki, "Latsio"nun idman direktoru Angelo Fabiani Şimanskini transfer etmək istəyir.
"Fənərbaxça"nın polşalı yarımmüdafiəçi üçün 15 milyon avroluq transfer haqqı tələb etdiyi bildirilib.
Ötən mövsüm 53 matça çıxan polşalı futbolçu "Fənərbaxça"nın heyətində 7 qol vurub, 9 məhsuldar ötürmə edib.
26 yaşlı futbolçunun "sarı-lacivərdlilər"lə müqaviləsi 2027-ci ildə başa çatacaq.
- Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- "Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək
- "Qarabağ"ın futbolçuları milli komandalarda
0
0