"Fənərbaxça" və "Qalatasaray" "Napoli"nin ulduzu üçün yarışır
28.10.2025 - 12:56
İtaliya A Seriyasında çıxış edən "Napoli"nin futbolçusu Frank Anqissa Türkiyə nəhənglərinin transfer siyahısındadır.
Apasport.az "Gazzetta"ya istinadla xəbər verir ki, "Fənərbaxça" və "Qalatasaray" kamerunlu yarımmüdafiəçinin transferində maraqlıdır.
Digər tərəfdən, "Napoli"nin baş məşqçisi Antonio Kontenin 29 yaşlı oyunçunu komandanın vacib bir hissəsi kimi gördüyü və mümkün transferdə maraqlı olmadığı bildirilir.
Bu mövsüm İtaliya yığması ilə bütün yarışlarda 11 matça çıxan Anqissa bu yarışlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
- Adı mərc oyunlarında hallanan hakimdən açıqlama: "Nə indi, nə də əvvəl..."
- ÇL: PSJ finalda “İnter”ə rəqib oldu - YENİLƏNİB
- “Real”dan inamlı qələbə, “Arsenal” PSV-ni top atəşinə tutdu - YENİLƏNİB
- Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqları Bakıda davam etdirir
- Arda Güler matçın oyunçusu seçildi
0
0