"Reyncers" Filip Klementlə yollarını ayırdı
Şotlandiya Premyer Liqasında çempionluq uğrunda "Seltik"lə mübarizə aparan "Reyncers" "Mirren"ə 2:0 hesabı ilə uduzduqdan sonra gözlənilməz qərar verib.
Apasport.az xəbər verir ki, Şotlandiya klubu baş məşqçi Filip Klementlə yolları ayırıb.
"Seltik" və "Reyncers" çempionluq mübarizəsi
Belçikalı mütəxəssis 2023-cü ilin oktyabr ayından "Reyncers"i çalışdırırdı.
"Seltik" 69 xalla Şotlandiya çempionatına liderlik edir. Rəqibindən 13 xal geri qalan "Reyncers" isə ikincidir.
"Fənərbaxça" - “Reyncers” matçı nə vaxtdır?
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 finalında "Fənərbaxça" martın 6-da "Ülkər stadionu"nda “Reyncers”i qəbul edəcək. Bu oyunun cavab görüşü martın 13-də Şotlandiyada keçiriləcək.
- Dursun Özbek: “Qalatasaray"ın qanunsuz mərclərlə heç bir əlaqəsi yoxdur”
- Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar"
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- “Neftçi” MOİK-lə qarşılaşacaq
- “Barselona”nın növbəti mövsüm üçün səfər forması məlum oldu - FOTO