Fransanın əfsanəvi forvardı vəfat edib
18.06.2025 - 12:39
Fransa futbolunda ağır itki baş verib.
Apasport.az xəbər verir ki, məşhur hücumçu Bernard Lakombe 72 yaşında vəfat edib.
Yanvar ayında xəstəxanaya yerləşdirilən sabiq futbolçunun ürəyi dayanıb.
Lakombe Fransa çempionatının ən məhsuldar hücumçularından biri kimi tarixə düşüb.
1969-1987-ci illərdə o, 3 klubun - "Lion", "Sent-Etiyen" və "Bordo"nun rənglərini qoruyub. Lakombe bu müddət ərzində ölkə çempionatında 255 qol vurub.
- Raşford Çempionlar Liqasında Bekhemin göstəricisini təkrarlayıb
- "Siti"nin futbolçusu mövsümün ikinci yarısını La Liqada keçirəcək
- Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
0
0