Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Apasport.az xəbər verir ki, keçmiş futbolçu daxil olmaqla 12 nəfər "Avrupa Holding Yatırım AŞ"nin Borsa İstanbuldakı səhmlərini manipulyasiya etməkdə ittiham edilərək saxlanılıb.
İstanbul Baş Prokurorluğunun koordinasiyasında İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi tərəfindən aparılan araşdırmalar çərçivəsində, Sərmayə Bazarı Şurasının (SPK ) hesabatlarına uyğun olaraq bəzi səhmlərdə spekulyasiya yolu ilə süni qiymət hərəkətləri yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, Gökhan Gönül "Fənərbaxça" və "Beşiktaş" kimi klubların şərəfini qoruyub.
- Kerem Aktürkoğlundan möhtəşəm performans - VİDEO
- Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava - FOTO
- Bir dövrün sonu - "Qalatasaray" əfsanəsi yayda gedir
- Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...
- “Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"