Fransa milli komandasının üzvü Matteo Guendouzi İstanbula gəlib.
Apasport.az xəbər verir ki, bu barədə "Fənərbaxça" klubunun mətbuat xidməti məlumat yayıb.
Fransız futbolçu "sarı-lacivərdlilər"lə transfer prosesini sürətləndirmək, eləcə də tibbi müayinələri həyata keçirmək məqsədilə paytaxta gəlib.




***
14:11
"Fənərbaxça" Fransa milli komandasının üzvü Matteo Guendouzinin transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Transfer prosesini sürətləndirmək, eləcə də tibbi müayinələri həyata keçirmək məqsədilə Guendouzi İstanbula dəvət olunub.
Tərəflər arasında danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir. Transferin maliyyə detalları və müqavilə müddəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

- Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- “Sabah” – “Neftçi” qarşılaşmasının təyinatları açıqlanıb
- "Ayaks" - "Qalatasaray" matçının hakimləri məlum olub
- "Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb