İki top klub “Çelsi”nin hücumçusu ilə maraqlanır
13.05.2025 - 09:32
"Çelsi" hücumçusu Kristofer Nkunkunu yay transfer pəncərəsində sata bilər.
Apasport.az xəbər verir ki, fransız futbolçu Enzo Mareskanın rəhbərliyi altında "mavilər"in əsas heyətində yer ala bilməyib. Futbolçu bu səbəblə komandasını dəyişməyi düşünür.
İnsayder Nikolo Şiranın sözlərinə görə, “Bavariya” və “Yuventus” 27 yaşlı futbolçu ilə maraqlanır.
Kristofer Nkunku bu mövsüm "Çelsi"nin heyətində 42 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, futbolçunun dəyəri 45 milyon avrodur.
- Joze Mourinyo: "Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu"
- Rəqibini ilk raundda nakaut etdi, çempion oldu - VİDEO
- Super Liqada 3-cü pillənin sahibi bəlli oldu
- "Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
0
0