Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi
03.05.2025 - 10:46

Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Hilal" baş məşqçisi Jorje Jesusla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.
Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.
Təcrübəli çalışdırıcının adı bir müddətdir ki, Braziliya millisi ilə hallanırdı. Səudiyyə klubundan ayrılması bu iddiaları gücləndirib.
Jesus “Əl Hilal”ın baş məşqçisi kimi 99 oyun keçirib.
- "Bavariya" və "Yuventus" ingilis futbolçu uğrunda mübarizəyə qoşulub
- "Qalatasaray"dan Mourinyoya: "UEFA və FIFA-ya şikayət edəcəyik"
- Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub: "Həkimin mənə yazdığı..."
- "Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb
- ÇL: PSJ finalda “İnter”ə rəqib oldu - YENİLƏNİB
0
0