Çempionlar Liqasının 4-cü həftəsinə 9 qarşılaşma ilə yekun vurulub.
Apasport.az xəbər verir ki, "Benfika" doğma meydanda "Bayer Leverkuzen"i qəbul edib.
Portuqaliya komandası dördüncü oyununda 1:0 hesabı ilə məğlub olaraq xalsız qalıb. Joze Mourinyo Çempionlar Liqasında keçirdiyi hər üç matçda da məğlub olub.
Matçdan sonra açıqlama verən Mourinyo qarşılaşmanın baş hakimi Simone Sozzanı hədəfə alıb:
"Bilirəm ki, bu hakim məni sevmir. Mənim də ona çox sevgim yoxdur".
Xatırladaq ki, Sozza, Mourinyonun "Fənərbaxça"da olduğu müddətdə hakimlik etdiyi "Lion" matçında da portuqaliyalı məşqçinin qəzəbinə tuş gəlmişdi.
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Qalatasaray" Avstriya düşərgəsini qələbə ilə başa vurub
- Klub prezidenti: "Gənc oyunçular qələbəmizə böyük töhfə verdilər"
- "Çelsi" gənc müdafiəçi üçün "Arsenal"la mübarizə aparır
- "Qalatasaray"ın sabiq futbolçusu həbs olunub - 1 il 8 ay