Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike başçılıq edir. İspaniyalı mütəxəssis 222 xal toplayaraq birinci pillədə qərarlaşıb.
İkinci yeri İngiltərənin “Çelsi” klubunu çalışdıran Entso Mareska (60 xal) tutub. İlk üçlüyü isə İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hans-Diter Flik (57 xal) tamamlayıb.
İlk “5-lik”də Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani (42 xal) və İngiltərənin “Arsenal” komandasını çalışdıran Mikel Arteta (24 xal) yer alıblar.
Qeyd edək ki, IFFHS-in illik reytinqi baş məşqçilərin mövsüm ərzində əldə etdiyi nəticələr və komanda performansları əsasında formalaşdırılır.
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- AFFA I Liqa klublarını cərimələdi
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- Okan Buruk: "Mourinyo ağlamağa davam etsin" - VİDEO