Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
19.06.2025 - 15:15
"Atletiko Madrid"in futbolçusu Anxel Korrea karyerasını Meksika çempionatında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı argentinalı forvard "Tiqres"ə keçir. Artıq tərəflər yekun razılığa gəliblər və yaxın vaxtlarda transfer rəsmi olaraq açıqlanacaq.
Korreanın Meksika klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.
2024/25 mövsümündə forvard "Atletiko"nun heyətində bütün turnirlərdə 46 oyun keçirib, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- "Barselona" ulduzunu 65 milyon avroya satacaq
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- "Fənərbaxça" yeni mövsüm formalarını təqdim edib - VİDEO
0
0