"Liverpul"un vingeri Federiko Kyeza "Yuventus"a qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O, sosial media hesabında futbolçunun sözlərini qeyd edib:
"Mən hələ də "Yuventus"u sevirəm. Bir gün qayıda bilərəmmi? Niyə də olmasın? Tiaqo Motta məni komandada istəmirdi. O dedi ki, onun planlarında deyiləm, ona görə də klubumu dəyişməli oldum".
Xatırladaq ki, 27 yaşlı italyan keçən yay Turin klubunu tərk edərək "Liverpul"a transfer olub.
Ötən mövsüm futbolçu "Liverpul"un heyətində 14 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Bir dövrün sonu - "Qalatasaray" əfsanəsi yayda gedir
- "Fənərbaxça" Çempionlar Kubokunun sahibi olub
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
- Sergen Yalçın: "Rafanın meneceri zəng edib klubu təhdid edirdi"
- Tarixdə bu gün: Yunanıstan Avropa Çempionu Oldu – Futbol Dünyasında Sensasiya - VİDEO