"Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
08.05.2025 - 16:54

"Liverpul" "Atletiko Madrid"in hücumçusu Julian Alvarezi yay transfer pəncərəsində komandaya cəlb etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Liverpul" Alvarezi almaq üçün yüksək məbləğ ödəməyə hazırdır.
25 yaşlı argentinalı cari mövsümdə Madrid klubunun heyətində 51 matça çıxıb, 27 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun komandası çempionatda 67 xalla "Real Madrid" (75) və "Barselona"dan (79 xal) geri qalaraq üçüncü pillədə qərarlaşıb.
- Misli Premyer Liqası və Azərbaycan kuboku yeni mövsümdə də “CBC Sport”da
- Misli Premyer Liqasında son 11 mövsümün rekordu
- Ruslan Qurbanov: "Ürəyim hər zaman “Neftçi”dədir"
- "Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0