"Liverpul" ulduz futbolçu ilə yollarını ayıracaq
24.10.2025 - 18:22
Federiko Kyeza "Liverpul"dan ayrıla bilər.
Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, bu mövsüm Arne Slot tərəfindən çox az şans verilən italyan oyunçunun daha çox forma geyinə biləcəyi komandada çıxış etmək istədiyi bildirilib.
İngiltərə klubunun artıq Kyeza üçün alternativləri araşdırdığı və heyətdə yer yaratmaq üçün onu transfer edəcəyi bildirilir.
Kyeza 2024-cü ilin yayında 12 milyon avroya “Liverpul”a transfer olunub. Bu mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 8 oyuna çıxan italyan hücumçu 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
- Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqları Bakıda davam etdirir
- Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"
- “Sabah” ölkə kubokunu qazanan 10-cu komanda olub
- "Fənərbaxça" "Fatih Karagümrük"lə bərabərə qalıb
0
0