"Liverpul" yeni müdafiəçi üçün 47 milyon avro ödəyəcək
18.06.2025 - 09:35
"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, klublar transferin bütün şərtləri ilə bağlı razılığa gəliblər.
İddialara görə, “qırmızılar” "Bornmut"a 47 milyon avro ödəyəcək.
Artıq futbolçunun özü ilə də razılıq əldə olunub.
21 yaşlı futbolçu ötən mövsüm "Bornmut"un heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub
- Ramos "Real Madrid"ə qayıtmağa hazırdır
- Fransa millisinin qolkiperi "Çelsi" yolunda
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- "Fənər" evdə məğlub oldu, AL-də günün nəticələri - YENİLƏNİB
0
0