
"Liverpul" "Nyukasl"ın hücumçusu Alexander İsakı transfer etməkdə israrlıdır.
Apasport.az xəbər verir ki, "Nyukasl" onu satmaqdan imtina etməsə, mersisaydlılar İsak üçün daha yüksək məbləğ ödəməyə hazırdırlar.
Hazırkı İngiltərə çempionları 25 yaşlı isveçlini öz sıralarına cəlb etmək əzmindədir.
İsak ötən mövsüm "sağsağanlar"ın heyətində 42 oyunda 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 120 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "qırmızılar" Florian Virtz üçün təxminən 150 milyon avro xərcləyə bilər. Əgər İsakın transferi baş tutarsa, Virtzin transfer rekordu uzun çəkməyəcək.
- "Qalatasaray"da Musleranın yerinə namizəd: "Qarabağ"ın rəqibindən
- ABF ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
- Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb
- Elmar Baxşıyev onları komandada saxladı - Rəsmi
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib