"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşıb
19.05.2025 - 09:35
"Flamenqo"nun sağ cinah müdafiəçisi Uesli karyerasını "Mançester Siti"də davam etdirməyə hazırlaşır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “şəhərlilər” braziliyalıya əsas namizədlərdən biri hesab olunurdu.
İddialara görə, Premyer Liqa təmsilçisi futbolçu ilə razılaşıb. 21 yaşlı müdafiəçi qarşıdakı transfer pəncərəsində İngiltərə nəhənginə qoşulacaq.
Uesli bu mövsüm "Flamenqo"nun heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
- Dibala "Roma"da qalacaq?
- 2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək
- "Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Dönərimi yeyib serialıma baxacam"
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
0
0