"Milan" "Yuventus"un ulduzu ilə əlaqə saxlayıb
25.12.2025 - 12:58
"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Milan"ın transfer siyahısındadır.
Apasport.az xəbər verir ki, serb futbolçu gələn yay azad agent ola bilər - onun "qoca sinyora" ilə müqaviləsi başa çatır.
"Milan" Vlahoviçin transferi üzərində işləyir. "Rossoneri" artıq oyunçunun agenti ilə görüşüb. İdman direktoru İqli Tare şəxsən onunla müqavilə imzalamaqda maraqlıdır.
Duşan Vlahoviç bu mövsüm 17 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Bəxtiyar Musayev: "Berezutski " Qarabağ"a uduzmayıb, amma..."
- "Yuventus" baş məşqçisi ilə bağlı qərar verib
- "Qarabağ" hər mövqeyə transfer edəcək" - Mövsümün sonunu gözləyirlər
- "Liverpul"da yeni müqavilə: Bu brendlə anlaşdılar
- “Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur
0
0