Morata “Qalatasaray”da qalmaq istəmir
16.06.2025 - 13:33
Ötən mövsümün yarısında icarə əsasında "Qalatasaray"a keçən Alvaro Morata tezliklə komandadan ayrıla bilər.
Apasport.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, cəmi 4 ay "sarı-qırmızılılar"ın formasını geyinən Morata yaxın zamanda komandadan ayrılmağı düşünür.
Buna səbəb, forvardın özünü xoşbəxt hiss etməməsidir.
Xatırladaq ki, 32 yaşlı hücumçu bu ilin fevral ayında “Milan”dan İstanbul klubuna 1,5 illik icarəyə göndərilmişdi.
İspaniya millisinin üzvü bu mövsüm “Qalatasaray”ın heyətində çıxış etdiyi 16 rəsmi matçda 6 qol, 3 assistlə yadda qalıb.
- Ülvi İsgəndərov: "Onun yoxluğu bizim üçün çətindir" - Müsahibə
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
- Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."
0
0