Portuqaliyalı məşqçi Joze Mourinyo həmyerlilərinin “Benfika”nın son oyunlardakı çıxışı ilə bağlı tənqidlərinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis nəticənin oyunun estetik tərəfindən daha vacib olduğunu vurğulayıb.
Mourinyo Lissabon təmsilçisinin heyəti ilə bağlı bunları deyib:
“Bizim Mbappe, Vinisius və ya Yamal kimi futbolçularımız yoxdur. Bizim bir komandamız var və oyunçular komanda kimi çıxış edirlər. Bəlkə oyunları o qədər də parlaq deyil, amma gözəl oynamadan da qalib gəlmək mümkündür”.
Qeyd edək ki “Benfika” hazırda Portuqaliya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
- Premyer Liqa: “Arsenal” və "Liverpul"dan qələbə
- "Qarabağ" ilin son görüşündə qələbə qazanıb - YENİLƏNİB
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...