Müller karyerasını ABŞ-də davam etdirə bilər
13.05.2025 - 10:36
Almaniyalı yarımmüdafiəçi Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə "Los-Anceles" maraqlanır.
Bu, daha əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını rəsmən elan edən almaniyalı üçün variantlardan biridir.
İddialara görə, Müller hələlik adları açıqlanmayan 2 Avropa komandasından da təklif alıb.
Qeyd edək ki, Tomas bu mövsüm "Bavariya"nın heyətində 43 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Ülvi İsgəndərov: "Onun yoxluğu bizim üçün çətindir" - Müsahibə
- Türkiyə millisində intizam pozuntusu: Berke Özerə 1 ilədək cəza verilə bilər
- "Real" iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib
- 185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
- Tyaqo Bezerra: "Abasov gəldikdən sonra komandanı xilas etdi" - Müsahibə
0
0