“Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
23.11.2025 - 15:01
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Ona həmvətənliləri - Tomas Listkeviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vojçek Mits yerinə yetirəcək.
VAR-da hollandiyalı Pol van Boekel, AVAR-da xorvatiyalı İvan Bebek çalışacaq.
Xorvat hakim bu mövsüm "Qarabağ"ın "Atletik"ə məğlub olduğu (3:1) matçda VAR hakimi olub.
Qeyd edək ki, görüş 26 noyabr 2025-ci il saat 00:00-da keçiriləcək.
- Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi
- "Qalatasaray" istədi, Premyer Liqa klubu aldı
- “Trabzonspor”un sponsoru ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
- Mourinyonun texniki heyəti dəyişdiriləcək
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
0
0