“Nottingem Forest”in hücumçusu Kris Vud adını klub tarixinə yazdırıb.
Apasport.az "Tribal Football"a istinadla xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunun “Lester Siti” ilə oyununda (2:2) vurulan qol yeni zelandiyalı üçün cari mövsümdə 20-ci qol olub.
Beləliklə, o, 30 il əvvəl müəyyən edilmiş klub rekordunu təkrarlayıb.
Vud “Nottingem Forest” tarixində bir Premyer Liqa mövsümündə 20 və ya daha çox qol vuran ikinci oyunçu olub. Bundan əvvəl, 1994/95 mövsümündə Sten Kollimor 22 qolun müəllifi olub.
Həmçinin 33 yaşlı forvard Premyer Liqada 89 qol və 11 məhsuldar ötürmə ilə 100 qol həddinə çatıb.
Qeyd edək ki, "Nottingem Forest" hazırda 62 xalla İngiltərə Premyer Liqasının cədvəlində 7-ci yerdədir.
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Atletimiz Balkan çempionatının qızıl medalını qazanıb
- Jorj Kaşkilya: "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir"
- ÇL: "İnter" finalda! - YENİLƏNİB
- Mpabbe millinin heyətində rekorda imza atıb