“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Təcrübəli qolkiper dekabrın 14-də Bundesliqada “Maynz”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.
Bu səbəbdən 39 yaşlı qapıçı 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra, yanvarın 11-də “Volfsburq”la keçiriləcək matça qədər meydana qayıtması gözlənilir.
Qeyd edək ki, Manuel Noyer cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlər üzrə 20 oyunda meydana çıxıb və bu görüşlərdə 21 qol buraxıb.
- Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi
- İstanbulda mərc qalmaqalı: Futbolçular və klub rəhbərləri saxlanılıb
- AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- "Barselona" "Şaxtyor"un yarımmüdafiəçisinə elçi düşüb