"Çox dəyərli oyunçular bizdən ayrılacaq".
Apasport.az xəbər verir ki, bunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis yaxın günlərdə 2 futbolçu ilə yollarını ayıracaqlarını bildirib:
"Muslera və Mertens kimi bu çempionatlarda böyük payı olan iki futbolçu bizdən ayrılacaq. Bu, bizi çox duyğulandırır. Hər sevinc və hər matçda bunu hiss edirik. Onların əvəzinə ciddi transferlər etməliyik. Mertens və Muslera nümunəvi futbolçulardır. Onları əvəz etmək asan deyil. Futbolun acınacaqlı tərəfi də budur. Ayrılıqlar ola bilər. Bunu heç kim yaşamaq istəmir, amma bu, futbolun həqiqətlərindən biridir".
Qeyd edək ki, Dris Mertens "cimbom"a 2022-ci ildə, Fernando Muslera isə 2011-ci ildə qoşulub.
- 185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
- Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
- II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib
- “Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə