Osimhen İstanbulda müayinə olunacaq
18.11.2025 - 15:36
“Qalatasaray” Nigeriya millisinin heyətində zədələnən Viktor Osimhenin durumunu dəqiqləşdirmək üçün onun İstanbula dönməsini gözləyir.
Apasport.az xəbər verir ki, Osimhen Türkiyəyə qayıtdıqdan sonra MRT müayinəsinə göndəriləcək.
Həkimlərin rəyindən sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlardan nə qədər uzaq qalacağı müəyyənləşəcək.
Qeyd edək ki, təcrübəli hücumçu qarşılaşmanın ikinci hissəsində Demokratik Konqo ilə oyunu (3:4) yarımçıq tərk edib.
- Bu gün Bakıda ilk dəfə UFC turniri baş tutacaq
- Tarixdə bu gün: Yunanıstan Avropa Çempionu Oldu – Futbol Dünyasında Sensasiya - VİDEO
- "Qurban Qurbanovdan nə istəyirlər? Pusquda gözləyirlər..."
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- “Bavariya” Bundesliqada yeni rekorda imza atıb
0
0