Pioli A Seriyasına qayıdır
14.06.2025 - 08:21
"Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli tezliklə komandasını dəyişəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, italyan hazırkı komandasını tərk edərək "Fiorentina"ya rəhbərlik edəcək.
Pioli “bənövşəyilər”in məşqçisi kimi əsas transfer hədəfinə də qərar verib. O, “Fənərbaxça”dan ayrıldıqdan sonra azad agentə çevrilən 39 yaşlı hücumçu Edin Cekonu komandada görmək istəyir.
Qeyd edək ki, Stefano Pioli ötən ilin sentyabrından "Əl Nəsr"i çalışdırır.
- "Mançester Yunayted" son 11 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb
- İngiltərə nəhəngi Kenan Yıldız üçün 100 milyon ödəməyə hazırdır
- Səudiyyə Ərəbistanı klubu Balotelli ilə maraqlanır
- Tadiç və Cekodan sonra o da "Fənər"dən ayrılır
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
0
0