PSJ Latsionun müdafiəçisi ilə maraqlanır
03.06.2025 - 09:34
"Latsio"nun mərkəz müdafiəçisi Mario Qila PSJ klubunun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, Fransa nəhəngi yay transfer pəncərəsində ispaniyalını heyətinə qatmağı düşünür.
İddialara görə, "Latsio" futbolçu üçün 40 milyon avro istəyir. Məbləğin yarısı mərkəz müdafiəçisinin İtaliyaya köçməzdən əvvəl məşq etdiyi "Real Madrid"ə çatacaq.
Mario ötən mövsüm romalıların heyətində 43 oyuna çıxıb, 2 qol vurub.
"Transfermarkt"ın məlumatına görə, 24 yaşlı futbolçunun dəyəri 28 milyon avrodur.
- Bundesliqa: "Bayern" evdə "Bayer"i məğlub edib
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- "Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib
0
0