"Qalatasaray" 2 futbolçu ilə müqavilə yeniləyib - Rəsmi
28.07.2025 - 19:21
Yay transfer çalışmalarına davam edən "Qalatasaray" Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klub TFF-yə məlumat verib.
"Sarı-qırmızılı" komanda Kaan Ayhanın müqaviləsini 2028-ci ilə qədər, Abdülkerim Bardakcının sözləşməsini isə 2027-ci ilə qədər uzadıb.
2024/25 mövsümündə "Qalatasaray" forması ilə bütün yarışlarda 43 matça çıxan Kaan Ayhan 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Müqavilə müddəti uzadılan digər futbolçu Abdülkerim isə 49 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
- AL: “Tottenhem” çempion - YENİLƏNİB
- “Makkabi” derbisi qarışdı: 42 nəfər yaralandı - VİDEO
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- “Beşiktaş” sol cinah üçün axtarışdadır: Əsas namizəd müəyyənləşib
0
0