"Qalatasaray" Avstriya düşərgəsini qələbə ilə başa vurub
23.07.2025 - 23:42
"Qalatasaray" Avstriya düşərgəsində son yoldaşlıq matçını keçirib.
Apasport.az xəbər verir ki, "cimbom" İtaliya A Seriyası təmsilçilərindən "Kalyari" ilə qarşılaşıb.
Görüş 3:1 hesabı ilə başa çatıb.
"Qalatasaray"a qələbə qazandıran qolları Sallai, Barış Alper Yılmaz və Arda Ünyay vurub.
Qeyd edək ki, Okan Buruk və yetirmələri Avstriyadakı düşərgəni başa vurduqdan sonra İstanbula qayıdacaq və RAMS Parkda "Strasburq" və "Latsio" ilə iki yoldaşlıq oyunu keçirəcək.
- "Sumqayıt" daha 3 futbolçu ilə vidalaşıb
- Şimanski: "Komandam və azarkeşlərimizlə fəxr edirəm"
- Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
0
0