"Qalatasaray" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlar aparır
14.01.2026 - 16:16
“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində “Qalatasaray”a keçə bilər.
Apasport.az xəbər verir ki, Türkiyə klubu uruqvaylı futbolçunu icarəyə götürmək üçün aparılan danışıqlarda irəliləyiş əldə edib.
Mümkün anlaşmada satınalma variantının da yer alacağı gözlənilir.
Uqarte “qırmızı şeytanlar”ın start heyətində nadir hallarda şans qazanıb. 24 yaşlı futbolçunun bazar dəyəri 30 milyon avro təşkil edir. Onun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.
- "Sabah" "Lill"də oynamış futbolçunu transfer edib
- Fransa - Azərbaycan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli olub
- Donarumma Avropa nəhənglərinin maraq dairəsindədir
- "Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb
- "Fənərbaxça" sabiq futbolçusunu komandaya qaytara bilər
0
0