“Qalatasaray” qış transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" mövsümün ortasında Yusuf Demir, Ahmet Kutucu və Berkan Kutlu ilə yollarını ayırmağa hazırlaşır.
Baş məşqçi Okan Burukun klub rəhbərliyinə təqdim etdiyi hesabatda bu futbolçuların gələcək planlarda yer almadığı bildirilib.
Eyni zamanda “Qalatasaray”ın əsas transfer prioriteti də bəlli olub. Okan Buruk 6 nömrə mövqeyi üçün yeni futbolçunun alınmasını xüsusi olaraq istəyib. Təcrübəli mütəxəssis Sinqo və Leminanı mərkəz müdafiəçisi mövqeyində rotasiya etməyi planlaşdırır.
Bu səbəbdən Buruk Lukas Torreyra, İlkay Gündoğan və Qabriel Saraya alternativ ola biləcək, həm müdafiədə, həm də oyunun qurulmasında effektiv rol oynayan bir yarımmüdafiəçinin transferini vacib hesab edir.
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"
- “Trabzonspor”un sponsoru ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
- Super Liqada 3-cü pillənin sahibi bəlli oldu
- I Liqada XXV turun oyun cədvəli açıqlanıb