"Qalatasaray"dan inamlı qələbə
24.01.2026 - 22:55
Türkiyə Super Liqasının 19-cu turunda “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab erkən açılıb. Qonaqların heyətində Qabriel matçın 1-ci dəqiqəsində fərqlənərək komandasını önə çıxarıb. Meydan sahibləri 27-ci dəqiqədə Barış Kalaycının qolu ilə hesabı bərabərləşdirsələr də, “Qalatasaray” ikinci hissədə üstünlüyünü yenidən bərpa edib. Qabriel 51-ci dəqiqədə dubla imza atıb, 55-ci dəqiqədə isə Viktor Osimhen fərqi iki topa çatdırıb.
- “Milan” Nkunkunu satmağa hazırlaşır – əsas variant Səudiyyə Ərəbistanıdır
- Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"
- “Neftçi” “Murov Az Terminal”a uduzdu
- London klubu azarkeşlərinə görə cərimələndi
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
0
0