“Qalatasaray”dan qələbə
20.07.2025 - 23:28
Yeni mövsüm hazırlıqları çərçivəsində Avstriyada təlim-məşq toplanışı keçirən "Qalatasaray" yoldaşlıq görüşündə "Admira Veker"i 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı" komanda Cankat Yılmaz, Kuesta, Köhn, Abdülkerim, Metehan, Eyüp Aydın, Sara, Zaniolo, Torreyra, Yunus Akgün və Yusuf Demirdən ibarət "11-lik"lə meydana çıxıb.
Derrik Köhn və Arda Ünyayın vurduğu qollar "Qalatasaray"a qələbə qazandırıb.
Qeyd edək ki, "Qalatasaray" növbəti yoldaşlıq görüşünü iyulun 23-də "Kalyari"yə qarşı keçirəcək.
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- “Səbail” – “Neftçi” görüşünün hakimi açıqlanıb
- Avropa nəhəngi Viktor Osimheni istəyir
- AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
- Adil Şükürov: "Kəpəz"lə ilkin danışıqlarımız olub, amma..."
0
0