Quti Hernandez: "Ardanın "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm"
22.10.2025 - 19:46
"Arda Güler "Real Madrid" tarixinin ən yaxşı 5 yarımmüdafiəçisindən biri olacaq".
Apasport.az xəbər verir ki, bunu Madrid klubunun əfsanə futbolçularından Quti Hernandez deyib.
O, "Arda "Real Madrid"də sizi geridə qoya biləcəkmi?" sualına belə cavab verib:
"Arda Gülerin "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm. Buna heç bir şübhəm yoxdur".
Bu mövsüm "Real Madrid" forması ilə FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla 17 matçda forma geyinən Arda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Everton" "Lids"in müdafiəçisini hədəfə alıb
- 16 turda 16 böyükhesablı nəticə qeydə alınıb
- Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
0
0