"Real" Rodriqonun transfer qiymətini müəyyənləşdirib
22.05.2025 - 12:18

"Real Madrid" Rodriqonun transfer qiyməti ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi Rodriqo üçün təxminən 80 milyon avro tələb edəcək.
24 yaşlı futbolçuya əsas namizəd Londonun "Arsenal" klubudur. İddialara görə, London klubu futbolçunun nümayəndələri ilə danışıqlar aparır.
"Transfermarkt" braziliyalı futbolçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Onun "Real"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
- "Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB
- "Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- "Fənərbaxça" "Real"la rəsmi danışıqlara başlayıb
- Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb
0
0